Macarıstanlı Katalin Varqa adlı qadın 9 il komada qaldıqdan sonra oyanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın səhiyyə nazirliyi məlumat yayıb. 

“Xoşxassəli beyin şişinin çıxarılması əməliyyatından sonra Varqa bakterial infeksiyaya yoluxub. Nəticədə o, tamamilə iflic olub və komaya düşüb. 9 il sonra komadan ayılan Varqanın vəziyyəti yaxşılaşıb”, - məlumatda bildirilir.