Rusiyada son sutka ərzində 11 422 nəfər koronavirusa yoluxub.

"Unikal"ın məlumatına görə, ölkədə ikinci gün ard-arda 11 mindən çox yoluxma qeydə alınıb.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 18,57 milyon nəfəri keçib.

Eyni zamanda son sutkada 39 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu göstərici 41 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 382 352 nəfər vəfat edib.