Ukraynanın HİMARS raketləri ilə separatçıların nəzarətində olan ukraynalı hərbi əsirlərin saxlanıldığı həbsxananı vurması nəticəsində ölənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, bu barədə qondarma “DXR”in müdafiə qərargahının "Telegram" hesabında məlumat verilib.

Bildirilib ki, Yelenovka həbsxanasında ölənlərin sayı 53-ə çatıb.

***12:33

Ukrayna Silahlı Qüvvələri Donbassda Yelenovka yaxınlığındakı istintaq təcridxanasına raket zərbələri endirib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. 

Bildirilib ki, istintaq təcridxanasına hücum nəticəsində 40 ukraynalı hərbi əsir həlak olub, 75-i yaralanıb. Təcridxananın 8 əməkdaşı da xəsarət alıb.

Zərbə HIMARS raket sistemi vasitəsilə endirilib. 

Ağarza Elçinoğlu