Ukrayna xalqının soyqırımına çağırış edən iki rusiyalı təbliğatçı beynəlxalq axtarışa verilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

"SBU Ukraynanın "denazifikasiyası"nın ideoloqu və Ukrayna xalqının soyqırımına və dövlətimizə silahlı hücuma açıq çağırış edən rusiyalı politoloqla bağlı ibtidai istintaqı başa çatdırıb. Onlar beynəlxalq axtarışa veriliblər.  Həmçinin onların dünyanın sivil ölkələrinə girişi qadağan edilib", - deyə mesajda bildirilir.

Bildirilir ki, politoloq Armen Qasparyan və siyasi texnoloq və anti-Ukrayna nəşrlərinin müəllifi Timofiy Sergeytsevin axtarışları davam edir. 

Gülayə Mecid