Ukrayna xarici işlər naziri Dmitri Kuleba Afrikanın Saharaaltı ölkələrinə səfər edəcək.

"Unikal" xəbər verir ki,  o, bu barədə telemarafonun efirində məlumat verib.

“Dörd-beş ölkə olacaq. Çox diqqətlə hazırlayıram. Bunlar sırf Saharaaltı Afrika ölkələri olacaq, yəni Şimali Afrika ölkələri, ərəb ölkələri deyil, biz mərkəzi Afrikaya gedəcəyik”, - deyə Kuleba bildirib.

Nazir qeyd edib ki, Ukraynanın xarici siyasətində ən çox Avropa və Avro-Atlantika məsələlərinə diqqət yetirilir, lakin əslində Ukraynanın maraqları “bütün dünyada – Asiya, Afrika və Latın Amerikasındadır”.

Gülayə  Mecid