Rusiya enerji embarqosu nəticəsində neft hasilatını 25% azaldıb.

"Unikal" xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksey Buryaçenk bildirib.

"Sanksiyalar Rusiya Federasiyasına çox əhəmiyyətli təsir göstərən ən ciddi iqtisadi mexanizmlərdən biridir... Neftə tətbiq edilən enerji embarqosu nəticəsində Rusiya Federasiyası neft hasilatını rəsmi olaraq 25% azaldıb", - deyə ekspert qeyd edib.

Buryaçenko əlavə edib ki, Rusiyada qəbul edilmiş sanksiyalar səbəbindən dəmir yolu vaqonlarının və təyyarələrin təmiri ilə bağlı da ciddi problemlər var və avtomobil istehsalında ciddi azalma var.

Ağarza Elçinoğlu