Rusiyanın paytaxtı Moskva şəhərinin cənubunda yataqxanada baş verən yanğında 8 nəfər ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi vəzifəsini icra edən Andrey Rumyantsev məlumat verib. 

Bildirilib ki, içəridə qalanları pəncərələrə bərkidilən dəmir barmaqlıqlara görə xilas etmək mümkün olmayıb. 

"Pəncərələrdəki barmaqlıqlar səbəbindən insanların özünü evakuasiyası və xilas edilməsi mümkün olmayıb. Bu baxımdan, barmaqlıqlar ölümün əsas səbəbi olub", - Rumyantsev qeyd edib.

O, əlavə edib ki, yataqxanada yanğın siqnalizasiya sistemi quraşdırılıb – lakin o, işləməyib və yanğınla bağlı xəbər çox gec gəlib, bu da çoxlu sayda ölüm və yaralanmalara səbəb olub.

Ağarza Elçinoğlu