Cənubi Asiya ölkəsi Banqladeşdə 6 nəfər 1971-ci il müstəqillik müharibəsində insanlığa qarşı cinayət törətməkdə ittiham edilərək edam cəzasına məhkum edilib.

"Unikal" xəbər verir  ki, Banqladeşin 1971-ci ildə Pakistandan müstəqillik qazandığı müharibədəki cinayətləri araşdıran Beynəlxalq Cinayət Tribunalının (İKT) verdiyi qərara görə, müttəhimlər qətl, qarət, uşaq qaçırma və yandırma kimi əməllərdə təqsirli bilinib.

Edam cəzası gözlənilən 6 nəfərdən 5-nin hazırda həbsdə, 1 nəfərin isə qaçaqda olduğu açıqlanıb.