Bütün dünyanı təsir edən koronavirus hər sektora mənfi təsir edib. Koronavirus pandemiyasının aradan qaldırılması ilə hava nəqliyyatında sıxlıq və işçi çatışmazlığı hava limanlarında xaosa səbəb olub.

"Unikal" xəbər verir ki, Almaniyada hava limanının işçiləri tətil etmək qərarına gəlib.
Almaniyanın milli hava yolu şirkəti Lufthansa, Ver.di Birliyinin sabah üçün elan etdiyi tətil səbəbiylə Frankfurtda 32-si bu gün və 646-sı sabah olmaqla cəmi 678 reysin ləğv edildiyini açıqladı.

Münhendə 15-i bu gün, 330-u sabah olmaqla cəmi 345 uçuşun mümkün olmayacağı bildirilib. Ləğv qərarından sonra Frankfurtda 92 min, Münhendə isə 42 min sərnişinin təsirlənəcəyi bildirilir.