Həyəcan:

Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən, 18 mərtəbəli binada qeydə alınıb. Həmin binada elektrik naqillərində baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğın söndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.