Maradona Aqueronun "Real"da oynamasını istəyir
Maradona Aqueronun
"Real"da oynamasını istəyir

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "Mançester Siti" klubunun hücumçusu Serxio Aqueroya müəyyən məsləhətlər verib.
Məşhur "Marka" qəzetinə danışan Maradona Aqueronun "Real"da çıxış etməli olduğunu bildirib: "Aquero "Real"da oynamalıdır. Baxmayaraq ki, o, hazırda "Mançester Siti"də yaxşı formadadır. "Real"a transfer olunmaq Aquero üçün daha sərfəlidir. O zaman "Kun" səhvini düzəltmiş olacaq. Bilirəm ki, "Mançester Siti"dən ayrılmaq onun üçün asan deyil. Məncə, Aquero elə "Atletiko"da çıxış etdiyi dönəmdə "Real"a keçməli idi".
Qeyd edək ki, Aquero bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 27 oyunda 17 qola imza atıb.