Yaponiyada koronavirusa yoluxanların sayı fevral ayından bəri ilk dəfə olaraq 100 mini keçib.

"Unikal" xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida bununla bağlı açıqlama verib.
Ölkədə virusa yoluxma hallarının bu qədər artması fevral ayından bəri bir ilkdir.

Əvvəlki həftə ilə müqayisədə iki dəfə artan gündəlik halların sayı aylar ərzində ilk dəfə 100 mini keçib. Ümumi hallar 10 milyonu ötüb.
Səhiyyə Nazirliyi və yerli özünüidarəetmə orqanlarının məlumatına görə, son 24 saatda 103 min 311 yeni yoluxma halı aşkar edilib, ümumi yoluxma sayı isə 10 milyon 119 min 9-a yüksəlib.

Ümumilikdə 31 mindən çox insan öldü. Son 24 saatda daha 31 ölümlə ölənlərin sayı 31 min 578-ə çatıb.

Hal-hazırda ictimaiyyətin sosial həyatını məhdudlaşdırmağı  planlaşdırmadıqlarını vurğulayan Fumio Kişida, 60 yaşdan yuxarı insanlara və 18 yaşdan yuxarı xroniki sağlamlıq problemi olan xəstələrə vurulan 4-cü doza peyvəndin gələn həftədən etibarən yaşlılara qulluq mərkəzlərində çalışan insanlar və səhiyyə işçiləri üçün əlçatan olacağını bildirib.