Mərkəzi Amerika ölkəsi Hondurasda keçmiş prezident Porfirio Lobonun oğlu da daxil olmaqla 4 nəfər silahlı hücumda həyatını itirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tequsiqalpada gecə klubundan çıxan 4 nəfər hücuma məruz qalıb.

Ölənlərdən birinin keçmiş prezident Lobonun 19 yaşlı oğlu Səid Lobo Bonilla olduğu bildirilib.

Təhlükəsizlik kameralarına əks olunan qeydlərdə dəbilqəli və uniformalı təcavüzkarların silah gücünə 4 nəfəri avtomobildən çıxardıqları görünür.

Xəbərdən sonra hadisə yerinə gedən polis 4 nəfərin öldüyünü təsdiqləyib.

Hücumla bağlı hərtərəfli istintaq başladılıb.

Gülayə  Mecid 

Honduras'ta eski cumhurbaşkanının 19 yaşındaki oğlu öldürüldü