Rusiya Daxili İşlər Nazirliyi jurnalist Yevgeni Kiselyov barəsində axtarış elan edib.

"Unikal"  xarici  KİV-ə  istinadən xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. 

"O, cinayət işi üzrə axtarışa verilib. Aprelin 5-də Rusiyada fiziki şəxslərin - xarici agentlərin reyestri yaradılıb. Ukraynada yaşayan və işləyən iki rusiyalı jurnalist - Yevgeni Kiselyov və Matvyi Qanapolskii onlar “Ukraynadan maliyyə alaraq siyasi fəaliyyət göstərirlər”, - deyə  KİV-də  qeyd olunub.

Bildirək ki, Yevgeni Kiselyov jurnalist, media meneceri, siyasi şərhçidir. Rusiyanın NTV, TNT və TV-6 kanallarında verilişlərin müəllifi və aparıcısı olub. 2008-ci ildən Kiselyov Ukrayna televiziyasında işləyir, bu gün "Ukrayna 24" telekanalının aparıcısıdır.

Gülayə  Mecid