Dmitri Roqozin "Roskosmos"un (Rusiya Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyası) rəhbəri vəzifəsini tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə sərəncamı ölkə prezidenti Vladimir Putin imzalayıb.

Əvvəllər Rusiya hökumətində Baş nazirin hərbi-sənaye kompleksinə cavabdeh müavini vəzifəsini tutan Yuri Borisov dövlət korporasiyasının baş direktoru olub.

xxx

13:53

"Roskosmos"un (Rusiya Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyası) rəhbəri Dmitri Roqozin yaxın vaxtlarda vəzifəsini tərk etməyə hazırlaşır. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Roqozin Ukraynada Rusiya hərbçilərinin nəzarətində olan ərazilərdən birində rəhbər vəzifə tuta bilər. "Roskosmos"da onun yerini hökumətin hazırkı baş nazirinin müavini Yuri Borisov tutacaq.

Rusiya hakimiyyəti Yuri Borisovun "Roskosmos"dakı vəzifənin öhdəsindən gələcəyinə ümid edir. 

Ağarza Elçinoğlu