Şok: Əli Kərimlinin müavininin qardaşına narkotika ittihamı

Narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırılan Sabirabad sakinləri saxlanılıb. Sabirabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyevin APA-ya verdiyi məlumata görə, polisin keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Sabirabad rayonu Xəlfəli kənd sakinləri Murad Ədilov və Səbuhi Nadirov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə bildirib ki, saxlanılan Murad Ədilov onun qardaşı, Səbuhi Nadirov isə və dayısı oğludur.