Yunanıstanın Peloponnes yarımadasının şimal-qərbində yerləşən Elida (İlia) bölgəsində güclü meşə yanğını başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Yunanıstan Yanğından Mühafizə Xidməti verib. 

Məlumata görə,  yanğının söndürülməsinə 195 yanğınsöndürən, 7 piyada qrupu və 48 texnika iştirak edir.

Yanğın yaşayış məntəqələrinə təhlükə yaratdığı üçün 4 kəndin sakinləri təxliyə edilib.

Gecəyə yaxın yanğının söndürülməsində altı təyyarə və beş helikopter iştirak edib.

Ağarza Elçinoğlu