18 Sentyabr 2019
Ağ Ev Xocalı petisiyasına reaksiya verdi
Ağ Ev Xocalı petisiyasına reaksiya verdi SİYASƏT 10:49 2013-02-26


Ağ Ev Xocalı petisiyasına reaksiya verdi
Ağ Evin saytında Azərbaycanla bağlı yerləşdirilmiş iki petisiyaya münasibət bildirilib.

Petisiyalar Xocalı soyqırımının ildönümü və Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlıdır.

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Ağ Evin cavabında bildirilir ki, Ermənistan və Azərbaycan arasında baş verən müharibədə verilən faciəli itkilər bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

“Yalnız uzunmüddətli sülh sazişi regiona sabitlik, çiçəklənmə gətirə bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi, münaqişə tərəfləri ilə bu istiqamətdə işləməyə davam edəcək”, - deyə Ağ Evin cavabında qeyd olunur.

Xatırladaq ki, hər iki petisiyaya 100 mindən çox insan qoşulub. Belə olan halda prezident və digər səviyyələrdə petisiyalara münasibət bildirilir. Lakin göründüyü kimi, petisiyalara prezident Barak Obama tərəfindən deyil, Ağ Evdən ümumi şəkildə münasibət açıqlanıb.