Belarus iqtisadiyyatının Qərbin sanksiyaları səbəbindən ildə təxminən 16-18 milyard dollar itirib. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin baş naziri Roman Qolovçenko “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

Qolovçenkonun sözlərinə görə, sanksiyalar Belarusun demək olar ki, bütün Avropa İttifaqına və Şimali Amerikaya ixracına mane olub.

"Bu məbləğ ildə təxminən 16-18 milyard dollar təşkil edir". 

Baş nazir bildirib ki, itkiləri kompensasiya etmək üçün Minsk ixrac axınını digər bazarlara, xüsusən də Asiya, Afrika, Yaxın Şərq və Ərəb körfəzinə yönəltmək niyyətindədir.

 Gülayə Mecid