Bu gün ilin ilk Ay tutulması baş verib.

Şamaxı Astrofizika Rəsədxanasından "Unikal"a verilən məlumata görə, bu, tam Ay tutulması olub.

Tutulma saat 07:29-da başlayıb, 08:53-də isə sona çatıb. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınıb.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olub.

***

08:27

İlin ilk Ay tutulması hadisəsi başlayıb.

"Unikal" xəbər verir ki, təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.

***

00:26
Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

"Unikal" xəbər verir ki, təbiət hadisəsi tam Ay tutulması olacaq.

Təbii hadisə saat 07:29-da başlayacaq, saat 8:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olacaq. Buna görə təbii hadisə Azərbaycanda müşahidə edilməyəcək.