Əfqanıstanın paytaxtı Kabildə cümə günü məsciddə baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyindəki mənbə məlumat verib. Partlayış məsciddə namaz qılanarkən baş verib.

Bölgədə fəaliyyət göstərən ekstremist qruplardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.