ABŞ Prezidenti Co Bayden Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Maqdalena Anderssonla telefon danışığı aparıb .

"Unikal" xəbər verir ki, bu barədə Niinistö "Twitter"də bildirib.

O qeyd edib ki, telefon danışığı zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı dərin narahatlıq ifadə olunub.

"Finlandiya ABŞ-ın bütün lazımi dəstəyini dərindən qiymətləndirir”, - deyə Niinistö bildirib.