Derbidə sevinən olmadı

Dünən İtaliya “A seriya”sında 26-cı turun mərkəzi görüşü “İnter”lə “Milan” arasında olub.

Milan derbisində 1-1 hesablı bərabərlik qeydə alınıb. Oyuna sürətli başlayan “Milan” 21-ci dəqiqədə Stefan El Şəravinin qolu ilə önə keçib. Birinci hissə demək olar ki, tamamilə “Milan”ın üstünlüyü,oyuna nəzarəti ilə başa çatıb. Ancaq ikinci hissədə işlər tamam dəyişib. “İnter” get-gedə təşəbbüsü ələ alıb. Göy-qaralar istəklərinə 71-ci dəqiqədə çatıblar. Esekel Skeletto “İnter”ə bərabərlik gətirən qolu vurub. Elə bu hesabla başa çatan derbidə bərabərlik qeydə alınıb. Əldə etdiyi 1 xal sayəsində “Milan” 3cü pillədə qərarlaşıb. 44 xalla “Milan”dan 1 xal geri qalan “İnter” isə 4-cü yerdədir.