Rusiyanın İvanovo vilayətinin Kineşma şəhərindəki Dmitriyevski kimya zavodunda yanğın baş verib. 

"Unikal"ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yanğın sahəsi təxminən 800 kvadratmetrdir. Binadan 143 nəfər təxliyə edilib.

Bildirilir ki, sexlərdən biri yanır. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Ağarza Elçinoğlu