Bu gün dövlət başçısı ( Nikol Paşinyan - red. ) heç bir sənədə imza atmamalıdır. Nəyə imza atsa, Azərbaycanın xeyrinə olacaq. 

"Unikal" xəbər verir ki, bunu erməni siyasətçi Davit Davtyan deyib. 

Siyasətçi, həmçinin Ermənistan rəhbərinin Rusiyaya səfərini də şərh edib: 

Gözləntilər var, amma bu gün uduzan tərəfik, ölkənin baş nazirinin istənilən görüşü bizə yaxşı heç nə verməyəcək, çünki biz bu ruh halındayıq. Uduzmuş mövqedən çıxmalıyıq", - Davtyan bildirib. 

Ağarza Elçinoğlu