Rusiya və Ukrayna arasında sülh danışıqları mənasızdır və məhvə məhkumdur.

"Unikal" xəbər verir ki, bunu Britaniyanın Baş naziri Boris Conson deyib. 

Putini etibarsız "timsah" adlandıran Britaniya lideri qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski işğalçıları bütün torpaqlarından təmizləməyincə dayanmayacaq.

"Mən sadəcə Putini necə etibarlı həmsöhbət kimi qəbul etmək olar, anlamıram. Moskva hətta Kiyevə növbəti hücuma keçə bilər", - Conson bildirib. 

Ağarza Elçinoğlu