Slovakiyanın keçmiş daxili işlər naziri Robert Kalinak həbs edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin təmsilçisi Mixal Slivka məlumat verib.

Onun sözlərinə görə uzun illər Slovakiyanın Baş naziri olmuş Robert Fitso və keçmiş daxili işlər naziri R. Kalinak cinayətkar dəstə yaratmaq və başçılıq etməkdə ittiham olunurlar. Cinayətkarlığa qarşı Mübarizə üzrə Milli Agentlik (NAKA) hər iki şəxsə qarşı cinayət işi açıb, sonuncu barədə isə həbs qətimkan tədbiri seçilib.