Xarkov vilayətinin işğal edilmiş ərazilərində vəziyyət sabitləşdikdən sonra bölgənin siyasi gələcəyi ilə bağlı referendum və ya vətəndaşlar arasında sorğu keçirilə bilər.

"Unikal" xəbər verir ki, bunu Xarkovun işğal edilmiş ərazilərinə müvəqqəti təyin olunan mülki administrasiyanın rəhbəri Vitali Qançev deyib. 

"Başa düşürsünüz ki, demokratik cəmiyyətdə ilk növbədə əhali qərar qəbul edir.Ona görə də hesab edirəm ki, bütün ərazi təmizləndikdən və işğaldan azad ediləndən sonra, çox güman ki, əhali arasında sorğunun və ya referendumun keçirilməsinə qərar veriləcək", - deyə o bildirib.

Ağarza Elçinoğlu