"Ukraynanın azad edilmiş şəhər və icmalarının normal həyata qayıtması davam edir. Artıq 934 yaşayış məntəqəsi azad edilib"

"Unikal" xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, 435 yaşayış məntəqəsində polis işi bərpa edib, 431 icmada yerli özünüidarəetmə orqanları fəaliyyətə başlayıb, 361 yaşayış məntəqəsində humanitar qərargahların işinə başlanılıb.

"Biz insanların tibbi və təhsil xidmətlərinə, sosial müdafiə orqanlarına çıxışını tədricən bərpa edirik, - deyə Zelenski bildirib.