18 Sentyabr 2019
Təklif: Xocalı abidəsi rəsmi protokola salınsın
Təklif: Xocalı abidəsi rəsmi protokola salınsın SİYASƏT 14:32 2013-02-22


Təklif: Xocalı abidəsi rəsmi protokola salınsın
Milli Məclisin bugünkü iclasında Xocalı soyqırımı qurbanlarının abidəsinin rəsmi protokola salınması təklif edilib.

APA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elman Məmmədov çıxış edib. O qeyd edib ki, Xocalı soyqırımı dünyada tanınmaqda davam edir: “ABŞ-ın 6 ştatında Xocalı faciəsi soyqırımı kimi qəbul edilib. Azərbaycana xaricdən çoxlu nümayəndə heyəti gəlir. Təklif edərdim ki, Xocalı soyqırımı abidəsinin ziyarət olunması protokollara salınsın. Bu abidə artıq ziyarətgaha çevrilməlidir”.

Spiker Oqtay Əsədov isə dünya ölkələrində Xocalı soyqırımının tanınması prosesinin davam etdiyini söyləyib: “Bu proseslər başa çatandan sonra Xocalı abidəsinin protokollara salınması məsələsinə baxılacaq”.