ABŞ Rusiyaya təhlükəsizlik zəmanətləri ilə bağlı göndərdiyi yazılı cavabı ictimaiyyətə açıqlamayacaq.

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, bu gün ABŞ-ın Rusiyadakı səfiri Ceyk Sallivan yazılı cavabı Rusiya XİN-ə təqdim edib. 

"Sənəddə Rusiyanın təhlükəsizliyi təhdid edən hərəkətləri ilə bağlı ABŞ, onun müttəfiqlərinin və tərəfdaşlarının narahatlıqları əks olunub. Həmçinin sənəddə Rusiyanın qaldırdığı məsələlərin praqmatik qiymətləndirilməsi və ABŞ-ın öz təklifləri əks olunub. Biz sənəddə bəyan etmişik ki, əsas prinsiplər var və biz bu prinsipləri müdafiə etməyə sadiqik. Bura Ukraynanın suverenliyi və ərazi bütövlüyü, hər bir ölkənin özünün müttəfiqlərini seçməklə bağlı suveren hüququ daxildir".

ABŞ dövlət katibi yazılı sənəd hazırlanarkən bunun Ukrayna və Avropadakı müttəfiqlərlə koordinasiya olunduğunu vurğulayıb: "Biz həftələrlə müzakirə apardığımız tərəfdaşlarımızın fikir və təkliflərini də Moskvaya təqdim etdiyimz sənəddə nəzərə almışıq".

ABŞ dövlət katibi NATO-nun da ayrıca olaraq öz yazılı sənədini Moskvaya təqdim etdiyini qeyd edib: "Biz sənədi ictimaiyyətə yaymayacağıq, çünki inanırıq ki, diplomatiyada uğur şansı o zaman olur ki məxfi danışıqlar imkanı olsun və bizim Rusiyanın oxşar addımı atacağı ilə bağlı ümidimiz və gözləntimiz var".