Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi Tərlan Qədirovun vəfat etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Unikal"-ın əldə etdiyi məlumata görə, T. Qədirov "Excelsior" otelinin idman zalında məşq edirmiş. Məşqdən sonra buxar otağına keçib. Özünü pis hiss etdiyindən "Məni çölə çıxarın" deyərək dünyasını dəyişib. 

Qeyd edək ki, T. Qədirov  bir müddət əvvəl koronavirusdan müalicə alıb.

xxx

19:54

Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin idarə rəisi Tərlan Qədirov vəfat edib.

"Unikal"  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakıda idman zalında baş verib.

Belə ki, təcili tibbi yardım çağırılsa da anidən halı pisləşən idarə rəisinin həyatını xilas etmək mümkün olmayıb.