Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən ticarət mərkəzində fiziki şəxs Vəliyev Orxan Fidail oğlunun istifadəsində olan satış bölməsində keçirilən yoxlama zamanı saxta spirtli içkilər aşkar edib.

AQTA-dan "Unikal"a verilən məlumata görə, aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, 198 ədəd yerli və xarici istehsalçı şirkətlərə məxsus müxtəlif adda (“Rusinka”, “Medovka”, “Antik”, “Qələbə”, “Forest”, “Karaki”, “Zolotoe Koltso”, “Taynik”, “Old Reserved”, “İti Qovan”, “Xan Crystal”, “Organic Line”, “Belovka”, “Bio Organic”, “Organic Natural”, “Freshlife”, “Organic new”, “Kremlin”, “Beluga”, “Nemiroff”, “Zerinoff”, “Guseinof”, “Vodka №1”, “Organic Vodka”, “Organic Sold”, “Banketnaya”, “Nastayaşaya”, “Arxangelsk”, “Mahal”, “Admiral”, “Sapphire”, “Oligarch”, “Storman”, “Organic Nation”, “Organic Naval”, “Zakaznaya”, “Alphine”, “Gusi”, “Organic Greeenfield”, “Kremlinka”, “Hello”) əmtəə nişanı altında hazırlanan saxta spirtli içkilər müsadirə olunaraq saxlanca verilib.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam edir.