Gözəl Zutovaya məxsuz əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı Şəhər Baş polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olcaqdır: "Bu barədə Gözəl Zutovla əlaqə saxlanılaraq məlumatlandırılıb".

Qeyd edək ki, G.Zutova bir neçə idman növü üzrə Azərbaycanı təmsil edib.