Məşhur Hollivud ulduzu Leonardo Di Kaprio Los-Ancelesdəki malikanəsini  satır.

"Unikal" xəbər verir ki, Leonardo sözügedən malikanəni 4,9 milyon dollara satmağı planlaşdırır. 1926-cı ildə Tudor dövrünün memarlığına uyğun dizayn edilən ev, bugünkü müasir memarlıq ilə sintez edilib.

Hündür tavanları və geniş otaqları olan evdə mətbəx, yemək otağı, kinoteatr, terras, idman zalı, ofis, hovuz və spa var.

Bildirək ki, o, evi 4 il əvvəl məşhur müğənni Mobidən satın alıb.