İranda ötən sutka ərzində 21 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib. Bununla da ölkədə sözügedən virusdan ölənlərin sayı 132 251 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 7691 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 625 8181 nəfərə çatıb.