Egey dənizində güclü zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) yayıb.

Qeyd olunub ki, 4,2 bal gücündə olan zəlzələ yerli vaxtla saat 13:12 radələrində, Türkiyə sahillərindən təxminən 300 km uzaqda qeyd alınıb.

Zəlzələnin epinsentri yerin 6,5 kilometr dərinliyində olub.