Ağdamda kafedə yanğın olub.

"Unikal"ın xəbərinə görə, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev propektində qeydə alınıb.

Füzuli Hüseynova məxsus kafedə başlayan yanğın zamanı kafenin həyətində yerləşən otaqlardan biri yanıb.

Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb. Yanğının ətraf obyektlərə keçməsinin qarşısı alınıb.