Son zamanlar Türkiyənin  ən reytinqli seriallarından biri  olan "Mahkum"un  2022-ci ilin iyul ayında final edəcəyi  bildirilib.

"Unikal" xəbər verir ki, "Fox TV"də yayımlanan və ilk bölümü ilə 2 milyondan çox izlənilən serialın final xəbəri sevənlərini  üzüb. 

Bildirilir ki, "Mahkum" 1 sezon olaraq planlaşdırılıb və "Fox TV" ilə prodüser "MF Production" arasında 1 sezon 23 bölüm olaraq qiymətləndirilib. "Mahkum" serialının müqaviləsi təxminlərimizə görə 10+13 seriya şəklində hazırlanıb. TV-dan verilən məlumata görə, "Mahkum"un finala nə vaxt çıxacağı sualına ən aydın cavab, əgər serialının reytinqləri azalarsa, o zaman "Mahkum" 10-cu seriyası ilə 1 Mart 2022 Çərşənbə axşamı günü finala çıxacaq.

Lakin serial ilk 10 bölümdə yaxşı reytinq almağı bacararsa, o zaman 2022-ci ilin iyununda 23-cü bölümü ilə finala çıxaraq ekranlarla vidalaşacaq.

Qeyd edək ki, "Mahkum" Koreya  istehsalı olan "İnnocent Defendant" serialından bəhrələnib. Həmin serial 1 sezon 18 bölümdən ibarətdir. 

Həmçinin bildirək ki,  "Mahkum" serialında Seray Kaya və Onur Tuna izləyicilər tərəfindən çox bəyənilib. Xüsusən bir dəfə də olsun dava qazana bilməyən "Cemre"nin prokrur "Fırat Bulut"u həbsdən xilas etməsi  üçün çalışması tamaşaçıların marağına səbəb olub.

"İnnocent Defendant" serialı ilə bənzər çəkilən “Mahkum” serialı tamaşaçılar tərəfindən çox fərqli və maraqlı serial kimi etiketlənib.

Gülayə Mecid