Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən “Tariximizi birgə yaşadaq” şüarı ilə Avarçəkmə və Kanoe üzrə “Gənclər kuboku” keçiriləcək. 

"Unikal" xəbər verir  ki,  yarış yanvarın 29-da Mingəçevir şəhərində baş tutacaq.Yarışda 70-ə yaxın idmançı iştirak edəcək. 

“Gənclər kuboku”nun keçirilməsində əsas məqsəd bu idman növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdır.