"İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan və ölkənin hazırkı xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda prezidentliyə namizəd ola bilərlər.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, xarici işlər naziri A.Mirzoyan bu vəzifəyə gəlməkdə maraq nümayiş etdirib.

Xatırladaq ki, ötən gün prezident Armen Sarkisyan istefa verdiyini elan edib. O, prezidentin ölkədə xarici və daxili siyasətdəki proseslərə təsir etmək gücündə olmadığını bildirib.