Ermənistan prezidenti Armen Sarkisyan istefa verməzdən əvvəl BƏƏ-də işgüzar səfərdə olub.

"Unikal" erməni KİV-yə istinadən xəbər verir ki, rəsmi bəyanat yanvarın 14-də yayılıb və artıq yanvarın 18-də Ermənistan Prezident Aparatı məlumat verib ki, Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdıqdan sonra eks-prezident Armen Sarkisyan zəruri tibbi müayinə üçün qısamüddətli məzuniyyətə gedib. 

Məzuniyyətin neçə gün çəkdiyi rəsmən açıqlanmayıb və onun məzuniyyətdən sonra, ümumiyyətlə, Ermənistana qayıdıb-qayıtmayacağı bəlli deyil.

BƏƏ-dəki görüşlərin onun istefa qərarına necə təsir etdiyi və hansı qeyri-rəsmi görüşlər keçirdiyi də bəlli deyil.

Ağarza Elçinoğlu