Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası başlayıb.

"Unikal" xəbər verir ki, iclasda Baş Prokuror Kamran Əliyev çıxış edir.

İclasda, həmçinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı da gözlənilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat bildirilib ki, Kollegiya iclasının təfərrüatları barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.