PSJ Fransa çempionatında 22-ci tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Paris klubu "Reyms"i qəbul edib. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. PSJ - "Reyms" - 4:0

Qollar: Verratti, 44, Ramos, 62, Fas, 67-avtoqol, Danilu, 75 

Bu nəticədən sonra xalını 53-ə yüksəldən PSJ turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, sözügedən oyundan sonra klubun ulduz futbolçusu Lionel Messi antirekord müəllifi olub.

Belə ki, 35 yaşlı hücumçu Fransa Liqa 1-də meydana çıxdığı 12 oyunda 1 qol vurub.

Bu, argentinalı oyunçunun daxili çempionatlardakı ən pis göstəricisidir. PSJ son olaraq XXII turda "Reyms"i 4:0 hesabı ilə məğlub edib. Messi həmin qarşılaşmanın 63-cü dəqiqəsində meydana daxil olub və fərqlənməyib.

Qeyd edək ki, Lionel Messi cari mövsüm bütün turnirlərdə 17 matça çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.