Göygöldə intihar hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Fikrət Əmirov küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan Ceyhun Hüseynov özünü yaşadığı evin həyətində ağacdan asıb. Onun meyiti yaxınları tərəfində asılı vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov