ABŞ Əfqanıstana 23 milyon dollar dəyərində humanitar yardım edib.

"Unikal xəbər verir ki, bu barədə Əfqanıstan Mərkəzi Bankı məlumat yayıb.

Yardım nağd şəkildə edilib. Vəsaitlər Kabil hava limanından Əfqanıstan Beynəlxalq Bankının mərkəzi ofisinə çatdırılıb.

 Əfqanıstan ABŞ-a göstərilən köməyə görə təşəkkür edib, həmçinin “ölkəyə valyuta daxil olmasına və əhalinin ehtiyacı olan təbəqələrinə yardıma yönəlmiş istənilən addımı” yüksək qiymətləndirdiklərini qeyd ediblər.