Ərəbistan dənizində iki balıqçı gəmisinin aşması nəticəsində 30 balıqçı itkin düşüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Pakistanın Sind əyaləti sahillərində baş verib.
Polisin məlumatına görə, hadisə zamanı gəmidə 35 balıqçı olub. Onlardan beşi xilas edilib və xəstəxanaya yerləşdirilib, digərlərinin axtarışları davam etdirilir.

Hadisəyə güclü küləyin və balıqçı gəmilərinin həddindən artıq yüklənməsinin səbəb olduğu bildirilir.