Gürcüstanda son sutkada koronavirusa 11 039 yeni yoluxma halı qeydə alınıb, 42 nəfər vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 5 199 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 041 749 nəfərdə aşkarlanıb. Onların 956 627-si sağalıb, 14 673-ü isə ölüb.