Türkiyənin "Fox" telekanalında yayımlanan "Kanunsuz topraklar" serialına yeni aktrisa daxil olacaq.

"Unikal"  Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Emel Çölgeçen yer alacaq. Aktrisa "Mehveş" obrazına həyat verecək.

Qeyd edək ki, aktrisa "Aliyə", "Poyraz Karayel", "Böyle bitmesin" kimi məşhur seriallarda rol alıb. Ekran işinin baş rollarını isə Uğur Günəş, Esra Bilgiç və Necip Memili canlandırır.