Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evlənib.

"Unikal" xəbər verir ki, bu barədə şahmatçı İnstaqram səhifəsində məlumat verib. O, nikah mərasimindən fotolar paylaşaraq "Səni sevirəm" sözlərini yazıb.

Qeyd edək ki, T.Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Cütlük bir müddət əvvəl isə boşanıb. Onların bu evlilikdən Məryəm adlı qızı var.

Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.